İranda tanınmış rejissor həbs edilib - FOTO
112
15:35, Bu gün

İranda tanınmış rejissor həbs edilib - FOTO

Əslən Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindən olan tanınmış rejissor Cəfər Pənahi Tehran İnqilab Məhkəməsinin qərarı ilə həbs cəzasına məhkum edilib.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
 
Məlumata görə, məhkəmə Pəhahiyə "dövlət quruluşuna qarşı təbliğat aparmaq" ittihamı ilə bir il həbs və iki il ölkədən çıxış qadağası qoyub.
 
Habelə, rejissora həbsdən sonra iki il müddətinə siyasi və ictimai təşkilatlarda fəaliyyət göstərmək də qadağan olunub.
 
Xəbərdə bildirilir ki, Pənahi İran kinosunun önəmli simalarından biri kimi tanınır.
Link kopyalandı!
Son xəbərlər