Estoniya Bakı ilə bağlı QƏRAR VERDİ - FOTO
49
15:25, Bu gün

Estoniya Bakı ilə bağlı QƏRAR VERDİ - FOTO

Estoniya hökuməti Azərbaycanda səfirlik açma qərarını rəsmi olaraq açıqlayıb.
 
Moderator.az bildirir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxna “X” sosial media hesabında məlumat verib.
 
Nazir qeyd edib ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edərək bu mühüm qərarı onunla bölüşüb.
 
Estoniya XİN başçısı qeyd edib ki, səfirliyin açılması Estoniya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq:
 
“Azərbaycan Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır. Estoniya şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır və səfirliyin açılması münasibətlərimizi gücləndirmək, eləcə də praktik əməkdaşlığı dərinləşdirmək üçün daha yaxşı imkanlar yaradacaq”.
 
Xatırladaq ki, Marqus Tsaxna oktyabrın 22-də Bakıya rəsmi səfəri zamanı Azərbaycan XİN başçısı ilə birgə mətbuat konfransında bildirmişdi ki, Estoniya Azərbaycanda səfirlik açacaq.

Link kopyalandı!
Son xəbərlər