“Kimdənsə rəsmi nikahsız iki uşaq qazanmış qadına hədiyyələr gəlir, efirlərin yiyəsi yoxdur” - Xalq artisti sosial verilişləri tənqid etdi - FOTO+ÖZƏL
232
08:55, Bu gün

“Kimdənsə rəsmi nikahsız iki uşaq qazanmış qadına hədiyyələr gəlir, efirlərin yiyəsi yoxdur” - Xalq artisti sosial verilişləri tənqid etdi - FOTO+ÖZƏL

“Efirlərin yiyəsi olmalıdır, televiziyada gedən hər şeyə nəzarət etməlidir. Sosial verilişlər bilmirəm nəyi təbliğ edir? Mən özüm də təəccüblə baxıram. Başa düşə bilmirəm ki, bu televiziyaların başının üstündə duran var yoxsa özbaşınadırlar? Bunu anlaya bilmirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira İsmayılova deyib.
 
O daha sonra əlavə edib:
“O qədər əsəbləşirəm ki. Kimdənsə rəsmi nikahsız iki uşaq qazanmış qadına hədiyyələr gəlir. Bu biyabırçılıqdır. Amma efirdə aparıcılar o qadınla fəxr edirlər. Kənardan baxan qadınlar da əlbəttə elə istəyəcək. Belə bir şey olur? Bizə düşmən lazım deyil ki.. Belə çıxır ki, bu çox şərəfli bir işdir, hələ üstəlik başına tac da qoyurlar, başından güllər səpirlər. Təəccüblə baxıram ki, bu nəyin təbliğatıdır? Efirlərdə əxlaqsızlığın təbliği gedir. Buna cavanlar, qızlar, kənd uşaqları baxır. Bu mənə çatmır. Bilmirəm, deyirəm bəlkə mən həyatdan geri qalmışam? Sosial verilişlər yığışdırılmalıdır”.
 
Elmira İsmayılova son günlər Mədəniyyət Nazirliyində baş verən qalmaqallardan da danışıb:
 
“Mənzər adlı bir xanımın adı hallanır. Vallah mən onu tanımıram. Çünki teatr sahəsində işləmişəm. Mənə qarşı çox diqqətli olublar. O vaxt nazir müavini Ədalət Vəliyev idi. Şəxsən mənə çox diqqət göstərib. Mən mükafat da almışam, tamaşalarım da təriflənib, tərifnamə də veriblər. Adam gərək hər şeyin düzünü danışsın. Nazirlik təqaüdümlə bağlı yazıb göndərib, amma qəbul olunmayıb. Onlardan təqdimat gedir. Bəlkə layiq bilmirlər, ona görə vermirlər. Bundan sonra heç verməsinlər də. Vaxtında vermək lazım idi. Şərt pulda deyil. Vermədilər, canları sağ olsun”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər