Brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb - FOTO
138
15:38, Bu gün

Brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
 
Bildirilib ki, Ankara-Bakı aviareysi ilə gələn sərnişin "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət olunub.
 
Vətəndaşın yüklərinə baxış zamanı ona məxsus baqajdan və əl çantasından əvvəlcədən gömrük orqanına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı brend məhsullar ("Celine", "Chanel", "Hermes", "Dolce & Gabanna", "Dior", "Burberry", "Louis Vuitton", "Prada", "Loro Piano") və "Bulqari" markalı zərgərlik məmulatları aşkar edilib.
 
Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276 000 manat təşkil edir. Faktla bağlı araşdırma aparılır.
 
"Gömrük xidməti bir daha diqqətə çatdırır ki, bir sıra hallarda sosial şəbəkələr vasitəsilə malların satışını həyata keçirən şəxslər tərəfindən ticarət qaydaları əsasında deyil, güzəştli qaydada keçirilməsi üçün müəyyən edilmiş normalardan artıq böyük həcmdə olan malları şəxsi istifadə məqsədi kimi yanlış məlumat verməklə ölkə ərazisinə gətirilməsinə cəhd göstərirlər. Bu növ hallar ölkənin gömrük qaydalarına ziddir və məsuliyyət yaradır", - deyə məlumatda qeyd edilib.
Link kopyalandı!
Son xəbərlər