Bizi sosial şəbəkələrdən izləyin:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.
Moderator.az xəbər verir ki, sərəncama uyğun olaraq yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.
Sənəd imzalandığı gündən qüvvəyə minir.
Fotoda Rəşadət Nabatov
14:55
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov dekabrın 1-də vəzifəsindən azad olunub.
Moderator.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin bu gün növbəti sessiya iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun vəzifəsindən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.