64
11:51, Bu gün

"Əli Kərimli Ramiz Mehdiyevlə ittifaq quraraq ümumi ssenarilər üzərində işləyirmiş" - RƏY

"Azərbaycanın yerləşdiyi coğrafiya həmişə xarici güclərin diqqətində olub. Həm beynəlxalq marşrutların kəsişdiyi məkanda yerləşirdiyindən, həm də karbohidrogen resursları ilə zəngin olduğundan xarici qüvvələr güclü, müstəqil Azərbaycan dövlətinin yaranmasının əleyhinə fəaliyyət göstəriblər".
 
Moderator.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, Azərbaycan xalqının 70 il sovetlərin tərkibində yaşamağı da müstəqil dövlətin əlindən alınmasının nəticəsi idi:
 
"Məhz ona görə də sovetlərin mövcud olduğu 70 ildə xalqımız özünün taleyinin və milli sərvətlərinin sahibi olmadı. Amma 90-cı illərin əvvəlində sovetlərin dağılmasından sonra yenə də həmin qüvvələrin diqqəti Azərbaycanın üzərinə fokuslandı. Elə həmin qüvvələr müstəqil Azərbaycan dövlətini beşikdəcə boğmaq üçün ərazilərinin işğalına başladı, ölkə daxilində milli münaqişə və vətəndaş müharibəsi yaradaraq ölkəni parçalamaq üçün planlarını işə saldılar. Amma Ümummili Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması onların arzularını ürəklərdə qoydu. Təbii ki, elə həmin vaxtdan dövlət daxilində yeni bir qüvvə formalaşdırıldı ki, istənilən vaxt hakimiyyətə təsir göstərə bilsin".
 
Deputat vurğulayıb ki, 2003-cü ildə baş verən hadisələr unudulmayıb:
 
"Çünki, "beşinci kolon" 2003-cü ili fürsət gördü və İlham Əliyevin prezident seçilməsinə imkan verməməyə və dövlət çevrilişi etməyə çalışdılar. Amma xalq onlara ayaq açmağa imkan vermədi və çox müdrik seçimini edərək Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevin yanında birləşdi. Təbii ki, yaşadığımız tarix xalqın seçiminin nə qədər doğru olduğunu bir daha təsdiq etdi.
 
Son 22 il Azərbaycan dövlətinin tarixində qızıl hərflərlə yazılıb. Çünki bu illərdə Azərbaycan dövləti iqtisadi və siyasi müstəqilliyinə qovuşdu. Torpaqlarını işğalçılardan təmizlədi və keçmiş məcburi köçkünləri öz yurdlarına qaytarır. Son 22 ildə Azərbaycan dövləti dünyada məğlub ölkədən qalib ölkə statusunu qazandı. Təbii ki, müstəqil dövlətimiz hər bir azərbaycanlını qürurlandıran və başını dik tutan ölkəyə çevrildi. Bu günə gəlməyimiz üçün xarici düşmənlərə qarşı açıq şəkildə mübarizə aparmağımıza baxmayaraq daxilimizdə simasını dəyişərək düşmənlərimizin dəyirmanına su tökən ünsürlərin müqavimətini də qırmalı olduq".
 
Son günlər Ramiz Mehdiyev və Əli Kərimli haqda araşdırmaları xatırladan deputatın sözlərinə görə, məlum olub ki, 2013-cü ildə "Milyonerlər İttifaqını" və "Milli Şuranın" yardılmasının ssenarisini elə hakimiyyətdə oturaraq özü ətrafında dövlət adamı imicini formalaşdıraraq "beşinci kolon"u idarə edən Ramiz Mehdiyev olub:
 
"Bəli, üzdə radikal müxalifətə qarşı mübarizə apardığını göstərərək altdan isə onları dəstəkləyərək dövlət çevrilişləri ssenarilərini icra etməyə çalışması dövlətə və xalqa xəyanətdən başqa bir şey deyil. Sosial şəbəkələrdə Prezident İlham Əliyevin dövlətə rəhbərliyinin Azərbaycanı uçuruma apardığını deyərək xalqa daha gözəl həyat bəxş edəcəyini ağız dolusu ilə boşboğazlıq edən AXCP-nin sədri Əli Kərimli də Ramiz Mehdiyevlə ittifaq quraraq ümumi ssenarilər üzərində işləyirmiş. Əslində, Əli Kərimlinin hakimiyyətdə olduğu illərdə xalqımızın yaşadığı faciələri heç kim unutmayıb.
 
DTX-nın apardığı axtarışlar zamanı tapılan faktları artıq gizlətmək mümkün deyil. Dövlətə qarşı çevriliş planları hazırlayan şəbəkənin ifşa edilməsi dövlətin təhlükəsizlik orqanlarının gözündən heç nə qaçırmadığını bir daha təsdiq etdi. Biz qanunun aliliyi olan bir ölkədə yaşayırıq. Bu baxımdan istintaq ədalətli aparılacaq və Azərbaycanın qanuni dövlət quruluşunu ələ keçirməyə cəhd edən bütün milli xəyanətkarlar müəyyən olunaraq cəzalandırılacaq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər