Bizi sosial şəbəkələrdən izləyin:
Şabranda qatarın evakuatorla toqquşması nəticəsində sürücü yaralanıb. Sürücünün vəziyyəti ağır olduğundan Bakıya aparılıb.
Moderator.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Şabran rayonunun Uzunboyad kəndində, Sarvan dəmiryol stansiyası ərazisində baş verib.
Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub. Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.