“Kaş mübarizəsini axıra qədər aparardı, Mehriban Xanlarova teatra qayıtmalıdır, yaxşı aktrisadır” - Aqil Abbasdan DƏSTƏK+ÖZƏL
426
10:28, Bu gün

“Kaş mübarizəsini axıra qədər aparardı, Mehriban Xanlarova teatra qayıtmalıdır, yaxşı aktrisadır” - Aqil Abbasdan DƏSTƏK+ÖZƏL

“Mehriban xanım gərək ərizəsini yazmazdı, mübarizəsini axıra qədər aparardı, işdən çıxandan sonra yox. Amma 15 gün müddətində geri qayıda bilər. Geri qayıtsa daha yaxşı olar. Baş rollarda oynayan aktyor-aktrisaların dublyorları olur. İnanmıram ki, tamaşa baxımından teatr əziyyət çəkəcək. Amma Mehriban xanıma böyük hörmətim var, yaxşı aktrisadır və istəmərəm o teatrı tərk etsin. Hərhalda fikirləşməlidir və geri qayıtmalıdır”.
 
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, millət vəkili Aqil Abbas deyib.
O daha sonra əlavə edib:
 
“Mən heç bir teatrın daxilində baş verən söz-söhbətləri bilmirəm. Ordan-burdan eşitdiklərimi deyə bilərəm. Teatrın mətbəxində nə qaynayır, nə bişirirlərsə dəqiq məlumatım yoxdur. Bir onu bilirəm ki, uzun müddətdir Mehriban xanım adaşı Mehriban Ələkbərzadə ilə yola getmir. Hərhalda Mədəniyyət Nazirliyinin müvafiq şöbəsi bunu araşdıra bilərdi. Bu zaman günahkarlar ortaya çıxacaqdı. Mehriban Xanlarova geri qayıtmalıdır. Biz çalışırıq ki, daim mədəniyyət xadimlərinin problemləri ilə maraqlanaq. İki il öncə yaş senzi ilə bağlı mövzunu Milli Məclisdə səsləndirdim. Hələ ki, xanım aktrisa bizə bu mövzu ilə bağlı hansısa müraciət ünvanlamayıb ki, biz nəsə bir iş görək”, - deyə millət vəkili bildirib.
 Qeyd edək ki, əməkdar artist Mehriban Xanlarova bir neçə gün öncə Akademik Milli Dram Teatrındakı işindən azad edilib.
Link kopyalandı!
Son xəbərlər