Bizi sosial şəbəkələrdən izləyin:
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini təyin olunub.
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, nazir Anar Əliyevin müvafiq əmri ilə Şaiq Eldar oğlu Kazımov sözügedən qurumun sədr müavini təyin edilib.
Qeyd edək ki, 1981-ci ildə Lənkəran rayonunda anadan olan Şaiq Kazımov 2022-ci ildən etibarən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsinin müdiri, daha sonra isə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.
Xatırladaq ki, 2023-cü ildə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlidir.