Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb - FOTO
255
13:36, Bu gün

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb - FOTO

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 16 ailə (55 nəfər) köçürülür.
 
Qırmızı Bazara köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Bununla qəsəbəyə köçürülən ailələrin sayı 67-yə (254 nəfər) çatacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər