İranda iqtisadi durum çətinləşir: İllik inflyasiya 40 faizdən çox artıb
118
12:29, Bu gün

İranda iqtisadi durum çətinləşir: İllik inflyasiya 40 faizdən çox artıb

İranın Statistika Mərkəzi ölkədə inflyasiyanın keçən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox artdığını açıqlayıb.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
 
Mərkəzin məlumatına görə, noyabr ayında illik inflyasiya 40.4 faiz olub. Yəni, 2024-cü ilin noyabr ayı ilə müqayisədə, insanlar eyni malları almaq üçün xeyli artıq pul xərcləyiblər.
 
Statistikaya əsasən, noyabr ayında aylıq inflyasiya 3.4 faiz olub. Ərzaq, içkilər və tütün məhsullarında 4.7, qeyri-ərzaq mallarında 2.6 faiz qiymət artımı qeydə alınıb.
 
Bu artım, İranın iqtisadiyyatında yüksək inflyasiya təzyiqlərinin davam etdiyini və həyat səviyyəsinin ağırlaşdığını göstərir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər