Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılır.
Moderator.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda”nın hadisə yerindəki əməkdaşı bildirib.
Axtarış "Mindiç işi" üzrə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) əməkdaşları tərəfindən aparılır.
Qeyd edək ki, Ukrayna Ali Radasının “Avropa Həmrəyliyi” Partiyasından deputatı Aleksey Qonçarenko bildirib ki, NABU Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi, keçmiş müdafiə naziri Rüstəm Ömərova qarşı araşdırma aparır. Parlamentarinin sözlərinə görə, o, dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.
NABU son bir həftə ərzində enerji sahəsində korrupsiya işinin araşdırılması, o cümlədən danışıqların dinlənilməsi barədə məlumatları açıqlayıb. Bu işdə əsas fiqur Zelenskinin keçmiş tərəfdarı, “Kvartal 95” studiyasının ortaq sahibi Timur Mindiçdir.
Bundan sonra Ukraynada iki nazir - energetika naziri Svetlana Qrinçuk və ədliyyə naziri Qerman Qaluşenko istefa vermək məcburiyyətində qalıb. NABU və SAP-ın versiyasına görə, iş adamı Ukraynanın üç atom elektrik stansiyasının operatoru olan "Energoatom" dövlət müəssisəsində genişmiqyaslı korrupsiya sxemi quran cinayətkar qrupa rəhbərlik edib. Qrup üzvləri dövlət müəssisəsinin qarşı tərəflərindən onlarla bağlanmış müqavilələrin dəyərinin 10-15%-ni geri alıb. Bu vəsait Kiyevin mərkəzindəki bir ofisdə leqallaşdırılıb. Müstəntiqlər bildirilib ki, ümumilikdə təxminən 100 milyon dollar “yuyulub”. Mindiç Ukraynanı tərk edib, o, axtarışdadır.
