Kəmalə Ağazadə:
180
09:48, Bu gün

Kəmalə Ağazadə: "Fərdi təhsilə cəlb edilməyən gənc qız paltarlarını doğrayıb" - FOTO

"Sığınacaqda qalan gənc fərdi təhsilə cəlb edilmədiyi üçün depressiv vəziyyətə düşüb, paltarlarını doğrayıb".
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
 
"14 noyabrda sosial şəbəkədə status paylaşmışdım fərdi təhsilə getməli olan üç sakinimizlə bağlı. 17 noyabrda qaçaqaçla dedilər ki, bazar ertəsindən artıq gedəcəklər. Hər gün paltarını axşamdan hazırlayıb bizdən cavab gözləyirdi. Cavab isə "hələ gözləyək" idi.
 
Alın indi cavabınızı! 16 yaşlı, üçüncü sinfə fərdi təhsilə gedəcək qızımız daha getməyəcək.
 
Depressiv vəziyyətdədir artıq. Kəsib doğrayıb paltarlarını", - paylaşımda bildirilib.
 
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu göndərilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər