Vahid Əzizdən Eldar Mansurova: ““Bayatılar” ikimizin də mahnısıdır, durub dava salaq?” - FOTO+ÖZƏL
346
09:26, Bu gün

Vahid Əzizdən Eldar Mansurova: ““Bayatılar” ikimizin də mahnısıdır, durub dava salaq?” - FOTO+ÖZƏL

Ötən gün xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov saytımıza açıqlamasında “Bayatılar” mahnısından danışıb. O bildirib ki, “Bayatılar” sözünə görə yox, musiqisinə görə dünyada tanınır.
 
Şeirin müəllifi xalq şairi Vahid Əziz bəstəkarın bu sözlərinə Moderator.az vasitəsilə cavab verib:
“Bu mahnı ikimizin mahnısıdır. Mən şeir yazmışam, Eldar musiqi bəstələyib. Nə tək mən deyə bilmərəm ki, mahnı mənimdir, nə də o deyə bilməz. Burada başqa nə söz lazımdır ki? Eldar deyib-deyib də. İndi duraq dava salaq ki, kim yazıb, kim yazmayıb? Burada ikimizin də əməyi var. Həmçinin oxuyub ifa edən müğənninin də. Gərək bunu da danmayasan. Mahnı ikimizindir”, - deyə  xalq şairi bildirib.
 
Vahid Əziz daha sonra bildirib ki, mahnıdan təkcə bəstəkar yox, şair də qazanc əldə etməlidir:
 
“Şairin haqqı var ki, pul qazansın. O da yaşamalıdır. Bəstəkarın da haqqı var. Amma bizdə bir az bu mövzular qaydaya salınmalıdır. Türkiyədə bu iş çox gözəl nizamlanıb, ümid edirəm ki, bizdə də düzələcək. Müəllif qonorarı ilə bağlı yeniliklər olmalıdır”, - deyə xalq şairi bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər