Bizi sosial şəbəkələrdən izləyin:
Həbib Nurməhəmmədov BƏƏ-nin Dubay şəhərində ayaqqabı butiki açıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı keçmiş UFC çempionu sosial şəbəkə hesablarında paylaşıb.
Mağaza "Send Location" adlanır və oktaqon şəklində dizayn edilib.
Hazırda yarımorta çəki dərəcəsində UFC çempionu İslam Maxaçev də butikin açılışında iştirak edib. Həbibin mağazası Dubaydakı "API 1000 Shops" binasında yerləşir.
Binada sahəsi 162 kvadratmetr olan obyekt ildə 430 min dirhəmdən (təxminən 122 min dollar) çox qiymətə icarəyə verilir.