Şəhid məzarından başlayan toy:
196
15:07, Bu gün

Şəhid məzarından başlayan toy: "Bu günü illərlə gözlədik" - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin məzarı başında çəkilən şəkil diqqət çəkib.
 
Moderator.az xəbər verir ki, şəhidin həyat yoldaşı Vüsalə Əliyeva Modern.az-a bildirib ki, bu şəkil noyabrın 9-da qardaşının toyu zamanı çəkilib:
 
"Qardaşımın toyunu illərdir gözləyirdik. Anar şəhid olandan sonra toy edə bilmədik. Qardaşım da deyirdi ki, baxmayaraq ki, müharibədən 5 il keçib, amma sentyabrın 27-dən noyabrın 8-dək toy etməyəcəyəm. Ona görə məclisi bu ilin noyabrın 9-da etdik. Toyda da əsasən şəhid ailələri, xüsusi təyinatlılar dəvət olunmuşdular. Çünki qardaşım rayonları gəzib onları ziyarət edirdi. Şəkil də həmin gün toy məclisindən əvvəl çəkilib".
Link kopyalandı!
Son xəbərlər