289
14:36, Bu gün

"Avropa İttifaqı Ukraynanın təhlükəsizliyinin təminatında ön plana çıxır" - "Politico"

 
"Fon der Lyayen mümkün sülh razılaşmasında Avropa İttifaqının "qırmızı xətləri"ni açıqlayıb..."
 
Ukrayna ətrafında diplomatik proses yeni mərhələyə daxil olub və bu dəfə diqqət mərkəzində Avropa İttifaqının şərtləri dayanır. Brüsseldə hesab edirlər ki, hər hansı sülh sənədi Ukraynanın təhlükəsizliyini zəiflətməməlidir və kompromisin adı "kapitulyasiya" olmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Avropa İttifaqının "qırmızı xətləri"
 
Nəşrin yazdığına görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen mümkün sülh razılaşmasının əsas prinsiplərini təqdim edib. Bunlar aşağıdakılardan ibarərdir:
 
- heç bir ərazi güzəşti qanuniləşdirilməməlidir;
 
- Ukrayna ordusunun gücü məhdudlaşdırıla bilməz;
 
- təhlükəsizlik mexanizmi uzunmüddətli və zəmanətli olmalıdır; 
 
- ABŞ və Avropa İttifaqı prosesdə vahid mövqedə qalmalıdır;
 
- sülh yeni müharibənin təməlini yox, sabitliyi təmin etməlidir.
 
Fon der Lyayen vurğulayıb ki, Avropa Tramp administrasiyasının səylərinə açıqdır, lakin sənəd "Ukraynanın məğlubiyyəti üzərində qurulmuş kompromis" ola bilməz.
ABŞ-da hazırlanan plan və artan narahatlıq
 
Nəşr yazır ki, Donald Trampın komandası sülh planını mümkün qədər tez yekunlaşdırmaq istəyir. Lakin layihənin ilk variantı həm Kiyevdə, həm də Avropada narahatlıq doğurub, çünki o, Rusiyanın prioritetlərinə xeyli yaxın olub.
 
Həmin sənəddə Donbasın verilməsi, NATO-ya üzvlüyün dayandırılması və Ukrayna hərbi qüvvələrinin məhdudlaşdırılması kimi müddəalar yer alıb. Hazırda bu bəndlər yenidən işlənir və tərəflərin reaksiyası gözlənilir. Zelenski isə yaxın həftələrdə ABŞ-a səfər edəcək və verilən məlumata görə, o, həm Tramp, həm də Putinlə ayrı-ayrı formatlarda görüşməyə hazırdır.
 
Yalnız müdafiə deyil, fəal cavab gərəkdir
 
"Politico" yazır ki, Avropada ton dəyişir - Rusiya son aylarda NATO ölkələri qarşısında kiberhücumlar, GPS pozuntuları və diversiyalar təşkil etdikdən sonra, Avropa İttifaqı artıq yalnız müdafiədən yox, aktiv cavab mexanizmlərindən danışır. Latviya xarici işlər naziri bu dəyişimi belə izah edib: "Rusiyaya mesaj diplomatik bəyanatla deyil, əməliyyatla verilməlidir". NATO-nun şərq cinahında HHM sistemlərini gücləndirib, bölgədə sürətli yerləşdirmə qüvvələrinin təlimləri genişləndirilib.
 
Risklər və gecikən razılaşma
 
Ekspertlər bildirir ki, Moskva danışıqlara razıdır, lakin real güzəştlərə deyil, zaman qazanmağa çalışır. Zelenskinin komandası isə "vaxtın Rusiyanın xeyrinə işlədiyini" etiraf edir. Müharibənin artıq dördüncü ilə keçməsi fonunda Ukraynada yorğunluq artır, Avropa təhlükəsizlik arxitekturası isə yenidən formalaşır.
 
Sülh danışıqları sürətlənir, amma nəticə hələ görünmür. Diplomatik masada sənədlər dəyişir, bəyanatlar səslənir, lakin əsas sual açıq qalır: Bu razılaşma Ukrayna üçün ədalətli sülh, yoxsa yalnız növbəti böhran üçün dayandırılmış fasilə olacaq?
Link kopyalandı!
Son xəbərlər