Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatdı, açarlar təqdim edildi - FOTO
182
14:28, Bu gün

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatdı, açarlar təqdim edildi - FOTO

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.
 
Moderator.az xəbər verir ki, Horovlu kəndinə bu gün 38 ailə - 139 nəfər köçürülüb.
 
Sakinlərə evlərin açarları təqdim edilib.
 
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları qəbul edərək öz evlərində məskunlaşıblar.
 
 
Link kopyalandı!
Son xəbərlər