Roma Papası XIV Leo Türkiyəyə səfər edib - FOTO
127
14:12, Bu gün

Roma Papası XIV Leo Türkiyəyə səfər edib - FOTO

Vatikanın dövlət başçısı, Roma Papası XIV Leo bu gün Türkiyəyə rəsmi səfər edib.
 
Bu barədə Moderator.az "Sputnik Türkiyə" nəşrinə istinadən xəbər verir.
 
Qeyd edilir ki, bu onun vəzifəyə başlamasından bəri ilk beynəlxalq səfəridir və bu səbəbdən xüsusi əhəmiyyət kəsb edir.
 
Məlumata görə, Papa səhər saatlarında Anıtkabiri ziyarət edəcək və daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
 
Prezident Ərdoğanla görüşlər zamanı Türkiyə-Vatikan münasibətləri, regional və qlobal məsələlər, xüsusən də Fələstin məsələsi müzakirə olunacaq.
 
Papa səfərinin ikinci hissəsində axşam saatlarında İstanbula gedəcək.
 
Noyabrın 28-də onun Hərbiyədəki Müqəddəs Esprit Katolik kilsəsində dini rəsmilərlə görüş keçirməsi və Fransız Fakirhanesini ziyarət etməsi gözlənilir. Elə həmin gün o, helikopterlə İznikə gedəcək və İznik Şurasının 1700 illik yubiley tədbirlərinə qatılacaq, orada çıxış edəcək. Papa daha sonra İstanbula qayıdacaq və Vatikan nümayəndəliyində görüşlər keçirəcək.
 
Səfərin ən gərgin günü olan noyabrın 29-da Papa Sultanəhməd məscidini və Mor Efrem Süryani Kadim Ortodoks kilsəsini ziyarət edəcək. Gün ərzində o, xristian icmasının nümayəndələri ilə görüşəcək və Fener Yunan Patriarxı Varfolomeylə bir araya gələrək, birgə bəyannamə imzalayacaq. Axşam saatlarında isə o, "Volkswagen Arena"da 5000 nəfərin iştirakı ilə ayini idarə edəcək. Bu tədbir Papanın Türkiyəyə səfərləri arasında ictimaiyyətə açıq olan və ən çox insanın iştirak etdiyi dini proqram kimi diqqət çəkir.
 
Papa XIV Leo səfərinin son günündə, yəni noyabrın 30-da Atatürk Hava Limanından Beyruta gedəcək və səfərinin ikinci mərhələsi olan Livan proqramına başlayacaq.
Link kopyalandı!
Son xəbərlər