Bizi sosial şəbəkələrdən izləyin:
İranda bir gündə biri qadın olmaqla 15 məhbus dar ağacından asılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bununla bağlı, İranda İnsan Haqları Təşkilatı - "Hengaw" xəbər verib.
Məlumata görə, məhbuslar qətldə və narkotik qaçaqmalçılığında günahlandırılıblar.
Edamlar ölkənin bir neçə şəhərində - İsfariyan, Şiraz, İsfahan, Məşhəd, Bocnurd, Kərəc, Xürrəmabad, Zəncan, Qorqan, Rəşt, Qəzvin və Bircənd həbsxanalarında icra edilib.