Bişkekdə KTMT Təhlükəsizlik Şurasının iclası başlayıb - FOTO
204
12:36, Bu gün

Bişkekdə KTMT Təhlükəsizlik Şurasının iclası başlayıb - FOTO

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının məhdud tərkibdə iclası başlayıb.
 
Bu barədə Moderator.az vedomosti.ru-ya istinadən xəbər verir.
 
Məlumata görə, iclasda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edirlər.
 
İclas iştirakçıları ölkələrin birgə fəaliyyəti ilə bağlı cari məsələləri, xüsusən də narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər.
 
Məhdud tərkibdə müzakirədən sonra dövlət başçıları danışıqları genişləndirilmiş formatda davam etdirəcəklər. İştirakçıların sessiyalararası dövrdə KTMT fəaliyyətinin nəticələrini nəzərdən keçirmələri, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə etmələri gözlənilir.
 
Bundan əlavə, bir sıra sənədlərin imzalanması planlaşdırılır. Bunlar arasında KTMT-yə üzv dövlətlərin beynəlxalq və regional gündəmdəki əsas məsələlərə vahid yanaşmasını təsbit edəcək yekun bəyannamə də var.
Link kopyalandı!
Son xəbərlər