Avstraliya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terrorizmin sponsoru kimi tanıdı
206
12:12, Bu gün

Avstraliya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terrorizmin sponsoru kimi tanıdı

Avstraliya hökuməti uzun müzakirələrdən sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "dövlət terrorizmi" siyahısına daxil edib.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
 
Qərar, hakimiyyət orqanlarının məlumatlarına əsasən, SEPAH-ın ölkənin yəhudi icmasına qarşı həyata keçirdiyi hücumlarla bağlıdır.
 
Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının (ASIO) qiymətləndirməsinə görə, 2024-cü ilin oktyabrında Sidneydəki "Lewis Continental Kitchen" restoranına edilən hücumun və həmin ilin dekabrında Melburndakı "Adass Israel" sinaqoquna edilən hücumun arxasında SEPAH dayanırdı.
 
"İranın hücumları Avstraliya ərazisində xarici güc tərəfindən misligörünməmiş və təhlükəli təcavüz aktı idi. Buna görə də biz SEPAH-ı terrorizmin sponsoru kimi qəbul edirik", - deyə ölkənin xarici işlər naziri Penni Vonq vurğulayıb.

 

Link kopyalandı!
Son xəbərlər