İmişlidə üç maşın toqquşdu: Xəsarət alanlar var - FOTO
141
12:06, Bu gün

İmişlidə üç maşın toqquşdu: Xəsarət alanlar var - FOTO

İmişli rayonu ərazisində üç nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
 
Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan üç nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər