Hesablama Palatasında nöqsanların təsnifatına dair yeni sənəd layihəsi müzakirə olundu
239
10:50, Bu gün

Hesablama Palatasında nöqsanların təsnifatına dair yeni sənəd layihəsi müzakirə olundu

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
 
Moderator.az Palataya istinadən xəbər verir ki, iclasda kənar dövlət maliyyə nəzarəti fəaliyyəti üzrə aşkar edilən nöqsanların təsnifləşdirilməsi ilə bağlı yeni sənəd layihəsi təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.
 
Kollegiya üzvləri tərəfindən nöqsan təsnifatının məzmunu, nöqsanların sistemləşdirilməsi və altkateqoriyalara bölünməsi, bunun müvafiq İnformasiya Sistemində nəzərə alınması və gələcəkdə nöqsanlara dair vahid yanaşmanın tətbiqi imkanları, həmçinin nöqsanların qarşısının alınmasına yönəlmiş tövsiyələrin icrasına nəzarət mexanizmləri müzakirə edilib. Müzakirələrin nəticələrinə əsasən sədr tərəfindən kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.
 
İclasın sonunda gündəlikdəki məsələ üzrə müvafiq qərar qəbul edilib.
Link kopyalandı!
Son xəbərlər