Mənzurə Musayevanın səsi batdı, xaric oxudu - “Gündəmə gəlmək üçün etmişəm” - FOTO+ÖZƏL
219
10:25, Bu gün

Mənzurə Musayevanın səsi batdı, xaric oxudu - “Gündəmə gəlmək üçün etmişəm” - FOTO+ÖZƏL

“Arb kanalında yayımlanan “Günə uğurla” verilişində özüm bilərəkdən xaric oxudum. Sözün düzü belə etdim ki, gündəmə gəlim. Uğurlu da alındı. Bu dəqiqə bütün sosial şəbəkələrdə paylaşıb, müzakirə edirlər. Qoy bir az da məndən danışsınlar. Mən gündəmdə olanda nə olar ki? Bir az danışsınlar, sonra həmin mahnını canlı oxuyub paylaşacam. Hətta orada ifa edəndə də gülməkdən özümü güclə saxlamışdım”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.
 
O daha sonra əlavə edib:
 
“Canlı oxumaq mənim üçün çətin deyil. 30 ildir ki, canlı oxuyuruq da. Bəzən əlbəttə ki, tonallığı düz tutmayanda xaric ifa edə bilərsən. Bu da normaldır. Amma məndə heç vaxt səs batmayıb. Çox təəssüf ki, tamaşaçılar belə hadisələrin, gündəm marağındadır. Mən orada yaxşı oxusaydım onu heç kim paylaşmayacaqdı. Müğənnilik mənim uşaqlıq arzum olub. Uşaq və məktəb yaşlarından mən məktəbin, bağçanın tədbirlərində oxumuşam. Yaxşı ki, bu sənətdəyəm. Xalqın sevgisi mənə böyükdür. Bu sevgi ilə xoşbəxtəm. Həyatda təkcə övlad arzum həyata keçmədi. Başqa bütün arzularıma çatmışam”, - deyə müğənni bildirib.
Link kopyalandı!
Son xəbərlər