Bizi sosial şəbəkələrdən izləyin:
Əfqanıstan mediası Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanada öldüyü barədə məlumat yayıb. Bu məlumatın rəsmi təsdiqi yoxdur. Xanın tərəfdarları aydınlaşdırma tələbi ilə həbsxananın qarşısına toplaşıblar.
Bu barədə Moderator.az "Afghanistan Times"a istinadən xəbər verir.
Bu gün gündüz Əfqanıstan mediası keçmiş Pakistan baş nazirinin guya həbsxanada öldürüldüyünü bəyan edib.
"Pakistandan olan etibarlı mənbə təsdiq edib ki, İmran Xan, ehtimal ki, müəmmalı şəkildə öldürülüb və onun cəsədi həbsxanadan çıxarılıb", - media bildirib.
