Bizi sosial şəbəkələrdən izləyin:
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkədə internetə qoyulan məhdudiyyətləri tənqid edərək bunu hakimiyyətin xalqa inamsızlığının əlaməti adlandırıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, o bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
"Güvən ikitərəfli olmalıdır. Xalqa etimad etməyən hakimiyyət ondan etibar gözləyə bilməz. Sosial şəbəkələrə məhdudiyyətlər qoyulması hakimiyyətin xalqa inamsızlığının göstəricisidir", - deyə paylaşımda bildirilir.