Tanınmış aktrisa hoteldə huşsuz vəziyyətdə tapıldı - FOTO
25
14:02, Bu gün

Tanınmış aktrisa hoteldə huşsuz vəziyyətdə tapıldı - FOTO

Amerikalı aktrisa, 1990-cı illərin sonunda seks simvolu Tara Rid Çikaqoda hoteldə huşsuz vəziyyətdə tapılıb.
 
Moderator.a xəbər verir ki, 50 yaşlı aktrisa xəstəxanaya yerləşdirilib. Onun internetdə yayılan görüntülərində danışmaqda çətinlik çəkdiyi, ayaqüstə dura bilmədiyi əks olunub.
 
Hadisə ictimailəşdikdən sonra Tara Rid açıqlama yayaraq, barda olarkən naməlum şəxslər tərəfindən içkisinə nəsə qatıldığını iddia edib. Onun sözlərinə görə, o, şənbə günü gecə hotelə yerləşdikdən sonra içki içmək üçün bara düşüb. Siqaret çəkmək üçün lobbiya çıxdığı zaman bir qrup yutub kontent yaradıcısı ilə qarşılaşıb və onlardan biri ona qoşulub. Bara qayıtdıqda isə içkisinin üzərinin salfetlə örtüldüyünü görüb. Rid bildirir ki, içkini qəbul etdikdən sonra xatırladığı növbəti an xəstəxanada ayılması olub.
 
Aktrisa başına gələn hadisənin araşdırılmasını istəyərək, təhlükəsizlik xidmətlərinə müraciət edib. /axşam.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər