Bizi sosial şəbəkələrdən izləyin:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB-yə üzv dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama verib.
Moderator.az xəbər verir ki, nazirin sözlərinə görə, Ağbəndə doğru uzanan dəmir yolu xəttinin tikintisi 2026-cı ildə tamamlanacaq.
Rəşad Nəbiyev bildirib:
“Eyni zamanda, Azərbaycan Naxçıvan üzərindən keçəcək təxminən 200 kilometrlik yeni dəmir yolu xəttinin inşası üzərində də fəal işləyir. Layihələndirmə başa çatıb və yaxın günlərdə tikintiyə başlanacaq”.
Nazir qeyd edib ki, bir neçə gün ərzində “Azərbaycan Dəmir Yolları” QSC bu layihənin icrasına start verəcək.
Yeni dəhlizin illik yükötürmə qabiliyyəti 15 milyon tona qədər olacaq ki, bu da regionda nəqliyyat-logistika xəritəsini ciddi şəkildə dəyişəcək, Azərbaycanın tranzit imkanlarını daha da gücləndirəcək.