Bizi sosial şəbəkələrdən izləyin:
FIFA prezidenti Canni İnfantino Livan vətəndaşlığı alıb.
Moderator.az xəbər verir ki, prezident bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Livan Prezidenti Jozef Aun tərəfindən vətəndaşlığa qəbul olunduğu üçün qürur duyduğunu bildirib:
"Bu gün Beyrutda Prezident Jozef Aunla futbolun inkişafı və futboldan sülhü təşviq etmək, təhsil vermək və gənclərə imkanlar yaratmaq üçün bir vasitə kimi istifadə etməyə davam etmək məqsədilə əməkdaşlığımızı necə qura biləcəyimiz barədə danışdıq".
Qeyd edək ki, Canni İnfantino İsveçrə və İtaliya vətəndaşlığına da malikdir.