Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Mehriban Zəki dələduzluqla üzləşib.
Moderator.az xəbər verir ki, aktrisa bu haqda özü məlumat yayıb.
Bildirib ki, "Kapital Bank" əməkdaşı adı ilə ona zəng edib, kart məlumatlarını istəyiblər:
"Bunu qalmaqal üçün yox, "Kapital Bank" müştərilərinin məlumatlı olması üçün paylaşıram. Yaşlı, pensiya alan insanlar məlumatsızdırlar. Bankın əməkdaşı adı ilə mənə zəng ediblər. Mən onlara heç bir kart kodu vermədim. Bu nömrələrdən gələn zəngə qarşı diqqətli olun.
Həmin bank əməkdaşlarına zəng etdim və nömrələri yönləndirdim. Bildirdilər ki, onlar müştəriyə heç vaxt vatsapda zəng etmirlər. Süni intellektlə dəyişilmiş səs idi. Başa düşdüm ki, dələduzluqdur".