“Dünyada məşhurlaşan “Bayatılar” mahnısının Vahid Əzizə aidiyyatı yoxdur” - FOTO+ÖZƏL
72
10:36, Bu gün

“Dünyada məşhurlaşan “Bayatılar” mahnısının Vahid Əzizə aidiyyatı yoxdur” - FOTO+ÖZƏL

“Bütün mahnılarımın müəlliflik hüququ məndədir və qorunur. Mənim “Bayatılar” mahnım Türkiyədə “Zalim” adı ilə gedir. Mahnının söz yazarı Vahid Əziz də gedib ora şikayət edib. “Zalim” mahnısından qonorar tək mənə yox, Vahid Əzizə də gəlir. Mənim “Bayatılar” mahnım sözünə görə yox, musiqisinə görə bütün dünyaya yayılıb. Özü də müxtəlif ölkələrdə hər kəs öz dilində sözlər yazdırıb oxuyur. Vahid Əzizin sözlərinə yalnız Azərbaycanda oxunur. Bütün dünyada bu mahnının musiqisi məşhurdur, sözləri yox. Onlar Vahid Əzizin sözlərinə bu mahnını oxumayacaqlar, çünki Azərbaycan dilini bilmirlər”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov deyib.
O daha sonra əlavə edib:
 
“Mən Vahid Əzizin öz dilindən eşitmişəm ki, bu mahnıdan o da pul qazanır. Amma nəyə görə qazanır, mənə sözün düzü çatmır. Hər yerdə deyir ki, “Bayatılar” mənim mahnımdır. Sənin sözlərinə Azərbaycanda oxuyurlar, Türkiyədə oxumurlar. Azərbaycanda nə qədər ki, bu mahnı oxunur, mütləq Vahid Əzizə qonorar yazılmalıdır. Türkiyədə sözləri Sezen Aksu yazıb. Bunun Vahid Əzizə aidiyyatı yoxdur. Musiqinin də ona aidiyyatı yoxdur. Min dəfə demişəm ki, mən onun sözlərinə yazmamışam. Sözlərini kitabdan götürüb, hazır musiqiyə qomuşam. Kitabını mənə vermişdi, demişdi ki, hansı şeiri istəyirsən götür”, - deyə Eldar Mansurov bildirib.
Link kopyalandı!
Son xəbərlər