“Ən bədbəxt adam Yazıçılar Birliyinin sədridir” - Anardan nəğməkar şairə CAVAB - ÖZƏL+FOTO
165
10:31, Bu gün

“Ən bədbəxt adam Yazıçılar Birliyinin sədridir” - Anardan nəğməkar şairə CAVAB - ÖZƏL+FOTO

“Zamanla mənə elə gəlir ki, yaradıcılıq baxımından şairlər ən bədbəxt insanlardır. Çünki, mahnının əsas müəllifi şair, bəstəkar sayıldığı halda ancaq ifaçının adı ilə tanınır. Yazıq söz yazarı qalır kölgədə. O qədər gözəl şeirlər yazan şairlərimiz, gənclərimiz var ki, amma heç biri tanınmır, təbliğ edilmir. Əfsanəvi “Məktəb illəri” kimi yüzlərlə mahnının söz yazarı Kəmalə Abiyeva olsa da, 99 faiz insan o böyük nəğməkar şairi tanımır. “Cənab leytenat” mahnısının söz muəllifini soruşsaq heç kim bilməyəcək. Fərqanə Mehdiyeva kimi heca vəzninin anası sayılan şair fəxri ad almadan dünyadan köçdü. Görünür ancaq qalmaqallı, bayağı, toyxana şairləri gündəmə gəlir, xalq onları tanıyır”.
 
Bunu Moderator.az-a açıqlamasında nəğməkar şair, prezident mükafatçısı Qabil Ədalət deyib.
 
O daha sonra əlavə edib:
 
“30-dan çox vətənpəvər mahnıların söz müəllifiyəm. Yazdığım şeirlərin də hamısı normal, sanballı sözlərdir və oxuyanlar da hamısı sənətkarlar və sənətçilərdir. Mahnılarım efirlərdə, radiolarda səsləndirilməkdə davam edir. Amma məni məyus edən odur ki, trendə düşən, gündəmə gələn bayağı söz və musiqilərlə yazılan mahnılar və ifaçılardır. Hara gedirsən o mahnılar oxunur. Vallah bacarmıram ki, bayağı ifaçılar üçün bayağı söz yazım. Sanki tələbat da elə mahnılaradır. Bəzən müğənnilərə mahnı təklif edəndə birinci kim yazdığını soruşur, nə yazdığına baxmır. Düşünür ki, bu şair və ya bəstəkar tanınmışdırmı? Sənətkarlar, ifaçılar bu şeiri kimin yazdığına yox, nə yazıldığına baxmalıdırlar. Canlı əfsanə Flora xanım Kərimova mənim “Yorğun xatirələr” adlı şeirimə yazılmış mahnımı oxuyub. Flora xanım canlı efirdə özü dedi ki, məni məhz “yorğun xatirələr” sözü tutdu. Olmaz ki, bütün ifaçılar belə sözə, bəstəyə baxıb qiymət versinlər? Daha şeiri kimin yazdığına yox! Bəzən bayağı müğənnilər üçün məndən söz istəyirlər. Mahnılarımı peşəkarlar, sənətkarlar oxuyub. Mən bayağı ifaçılarla işləsəm həmin sənətkarlara böyük hörmətsizlik edərəm. Ona görə də bayağı ifaçılar üçün söz yazmıram. Bütün bunları gördükdə düşünürəm ki, şairlər elə yaradıcılıq baxımından bədbəxt insanlardır”, -  deyə Qabil Ədalət bildirib.
 
Nəğməkar şairin “şairlər ən bədbəxt insanlardır” sözünə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar özünəməxsus şəkildə cavab verib:
 
“Azərbaycanda nə qədər şair və yazıçı var. İstedadlıları da həddindən artıq çoxdur. Amma Qabil Ədalətin bu sözü ilə razı deyiləm. Ən bədbəxt insan Yazıçılar Birliyinin sədridir” deyə qısa cavab verib.
Link kopyalandı!
Son xəbərlər