Bizi sosial şəbəkələrdən izləyin:
Xalq yazıçısı, mərhum Elçin Əfəndiyevin heykəli hazırlanıb.
Bu haqda özəl məlumatı və fotoları heykəlin müəllifi İlqar Balayev Moderator.az saytına təqdim edib:
“İndiyə qədər bir çox tanınmış şəxsiyyətlərin heykəllərini hazırlamışam. Elçin Əfəndiyevin sənətinə hörmət əlaməti olaraq bu heykəli yaratdım. Sənət əsərinin hündürlüyü 1 metrdir. Heykəl 2 aya ərsəyə gəldi. Onu bir yazıçı olaraq heykəldə təsvir etmişəm. İndiyə qədər Emin Sabitoğlunun, Elza İbrahimovanın, Məmmədbağır Bağırzadənin, Oqtay Sadıqzadənin, Mehriban Zəkinin və bir çox dünya rəssamlarının heykəlini hazırlamışam”, - deyə İlqar Balayev deyib.
Moderator.az özəl fotoları sizə təqdim edir: