Azərbaycanda tibb məntəqəsinin müdiri vəfat etdi - FOTO
54
10:06, Bu gün

Azərbaycanda tibb məntəqəsinin müdiri vəfat etdi - FOTO

Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri Sərfinaz Alı qızı Əliyeva vəfat edib.
 
Moderator.az-ın məlumatına görə, o, 1957-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub.
 
1974-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1981-1982-ci illərdə Mingəçevir Birləşmiş Uşaq Xəstəxanasında pediatriya ixtisası üzrə internatura keçib.
 
1982-1990-cı illərdə Bərdə rayonu, Samux kənd xəstəxanasında həkim-pediatr vəzifəsində çalışıb. 1990-2010-cu illərdə Samux kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
 
2010-cu ildən etibarən Samux kənd tibb məntəqəsinin müdiri kimi fəaliyyətini davam etdirib. Sərfinaz Əliyeva Azərbaycan səhiyyəsinə verdiyi xidmətlərə görə tibb müəssisəsinin rəhbərliyi tərəfindən dəfələrlə təltif olunub.
 
Link kopyalandı!
Son xəbərlər