Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO
151
12:18, Bu gün

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçiriliblər.
 
Moderator.az xəbər verir ki, tədbirlər nəticəsində həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlədilmiş ümumi çəkisi 181,14 qram qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər