Dilarə Əliyeva dünyaca məşhur jurnalda - FOTOLAR
154
13:25, Bu gün

Dilarə Əliyeva dünyaca məşhur jurnalda - FOTOLAR

Əməkdar artist Dilarə Əliyeva ilkə imza atıb.
 
Moderator.az xəbər verir ki, dünyaca məşhur “Harpers Bazaar” jurnalının İsveç bürosu sənətçidən müsahibə alıb.
 
“Görüşümüz Norveçdə baş tutdu, gizli saxladım ki, sürpriz olsun”, - deyə Dilarə sosial media hesabında yazıb.
 
Dərginin üz qabığında yer alan aktrisanın müsahibəsi “Azərbaycanın Əməkdar artisti emosiyanı sənətə necə çevirir” başlığı altında yayımlanıb.
 
Dilara Əliyeva müsahibədə sənət yolundan, komediya və dramın fərqlərindən, həmçinin süni intellektin incəsənətə təsirindən danışıb. O bildirib ki, komediya “insanın dərdini gülərək danışmaq sənətidir” və bunun üçün müşahidə, dəqiqlik və zəkaya ehtiyac var. Stend-ap layihəsi “Mintonasiya” barədə danışan aktrisa bu janrın ona tam azadlıq verdiyini qeyd edib.
 
Kamera qarşısına keçən sənətçi fərqli görüntüsü ilə də diqqət çəkib.
Link kopyalandı!
Son xəbərlər