Bizi sosial şəbəkələrdən izləyin:
Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində partlayış olub.
Partlayış AFEN plazada baş verib. Hadisə zamanı xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan bir nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Moderator.az Modern.az-a istinadla xəbər verir ki, 8 il əvvəl də eyni obyektdə yanğın baş verib.
Belə ki, 2017-ci ildə noyabrın 10-da AFEN plazanın 6-cı mərtəbəsində partlayış olub. Ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb. Həmin vaxt xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisədən bir müddət sonra plazada yenilənmə işləri aparılıb.