Azərbaycanda professor vəfat etdi - FOTO
182
09:25, Bu gün

Azərbaycanda professor vəfat etdi - FOTO

Azərbaycan Texnologiya Universitetinin professoru Qurbanov Mahal Şaban oğlu qəfl vəfat edib.
 
Moderator.az-ın məlumatına görə, o, noyabrın 23-ü axşamı saat 23:00-24:00 radələrində dünyasını dəyişib. 
 
Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olub. O, 1964-1974-cü illərdə Faxralı orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib.
 
Ailəli olub, 3 qız övladı var. 
 
Allah rəhmət eləsin.
Link kopyalandı!
Son xəbərlər