1 həftə əvvəl azadlığa çıxan
37
21:37, Bu gün

1 həftə əvvəl azadlığa çıxan "qanuni oğru" yenə TUTULDU - FOTO

55 yaşlı “qanuni oğru” Badri Dvali Gürcüstanın Kutaisi şəhərində yenidən saxlanılıb.
 
Moderator.az xəbər verir ki, cinayət aləmində “Baçuka” kimi tanınan Dvali bir həftə əvvəl azadlığa çıxmışdı.
 
O, fasiləsiz olaraq 25 il həbsdə yatıb: Əvvəlcə Rusiyada quldurluğa görə 12 il, daha sonra isə Gürcüstanda “oğru” titulu və narkotiklərlə bağlı daha 13 il. Bu dəfə Baçukaya silah saxlama ittihamı irəli sürülür.
 
Qeyd olunur ki, Baçuka sanki “öz ayaqları ilə həbsə gedib”. Onun getmək imkanı olsa da, qalmağı və yenidən həbs olunmağı üstün tutub. /Lent.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər