Babək rayonunda ağır qəza - Ana və üç övladı xəsarət aldı
117
19:24, Bu gün

Babək rayonunda ağır qəza - Ana və üç övladı xəsarət aldı

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində qeydə alınıb.
 
"VAZ 2107" və "KIA" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
 
Xəsarət alanlar Əliyeva Nuriyyə Ağası qızı və övladları - Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər