Bizi sosial şəbəkələrdən izləyin:
Dünən axşam saatlarında Bakının Yasamal rayonunda yanğın olan binanın ciddi təmirə ehtiyacı var.
Moderator.az xəbər verir ki, bu barədə həmin binanın sakini olan jurnalist Heydər Mirzə bildirib.
Onun sözlərinə görə, bina yaşayış üçün yararsızdır:
"Baş Prokurorluğun müstəntiqləri gün ərzində binada olaraq, istintaq üçün maddi sübutlar götürüblər.
İndi məsələ belədir:
1. Bina yaşayış üçün yararsızdır. Lift şaxtaları, bir çox boru və nəqillər əriyib hərfi mənada. İşıq, su və qaz yoxdur. Bina əsaslı təmir tələb edir. Mənzillərə ziyan demək olar ki, dəyməsə də, hamısında ciddi kimyəvi təmizləmə tələb olunur. Adamlar qohum - tanışların evinə köçüb".
Qeyd edək ki, dünən axşam Mirəli Seyidov küçəsindəki çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənərək, ölüb. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.