Ağcabədidə 3 otaqlı evdə yanğın oldu - FOTO
1341
22 Nov 2025 | 18:20

Ağcabədidə 3 otaqlı evdə yanğın oldu - FOTO

Ağcabədidə 3 otaqlı evdə yanğın olub.
 
Moderator.az xəbər verir ki, yanğın hadisəsi rayonun Ü.Hacıbəyli prospektində baş verib. Rayon sakini Famil Hüseynova məxsus 3 otaqlı evdə baş verən yanğın zamanı evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları yanıb.
 
Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürən əməkdaşları yanğını söndürərək ətrafdakı tikililərə keçməsinin qarşısını alıb.
 
Faktla bağlı araşdırma başlanıb
Link kopyalandı!
Son xəbərlər