125
16:38, Bu gün

"Trampın "sülh planı": Qərbdə panika, Ukraynada çətin seçim, Kremlin sakit razılığı" - Avropa mətbuatı

 
"Donald Trampın planı bütün Avropanın təhlükəsizlik arxitekturasını sarsıdır..."
 
Trampın təklif etdiyi sənəd Ukraynanın Rusiyaya keçmiş torpaqları rəsmən təhvil verməsi, NATO-ya üzvlükdən imtina etməsi, HHM-lərdən məhrum edilməsi və ordusunun yarıbayarı azalmasını nəzərdə tutur. 
 
Moderator.az xəbər verir ki, bu barədə Avropanın aparıcı mətbu orqanları yazıb.
 
Planın mahiyyəti və doğurduğu narahatlıq
Ekspertlərin fikrincə, bu artıq "sülh planı" deyil, Kremlin istəklərinin təkrarı və faktiki kapitulyasiya tələbidir. ABŞ planı vasitəçi kimi təqdim edir ki, bu da transatlantik birliyə ciddi zərbə kimi qiymətləndirilir. Avropalı diplomatların fikrincə, bu vəziyyət "Avropanın təhlükəsizliyini artıq yalnız özü təmin etməli olacağı" reallığına gətirib çıxara bilər.
 
Brüssel, Moskva və Vaşinqton arasında gərginlik
 
Plan Avropanın Ukraynaya verməyə hazırlaşdığı 140 milyard avroluq dəstək də daxil olmaqla maliyyə planlarını sual altına qoyur. Dondurulmuş Rusiya aktivlərinin böyük hissəsi ABŞ-ın idarə edəcəyi fondlara yönəldiləcək, gəlirin yarısı isə ABŞ-a məxsus olacaq. Avropalı rəsmilər bunu açıq şəkildə "1990-cı illər üslubunda sövdələşmə" adlandırır və geosiyasi, maliyyə itkilərindən narahatdır.
 
Vaxt daralır və Ukrayna çətin seçim qarşısındadır
 
Tramp 27 noyabrı son tarix kimi göstərərək Ukraynaya təzyiqi artırır. Onun iddiasına görə, Putin yeni müharibə istəmir və plan regionda sabitlik yaradacaq. Eyni zamanda Rusiya nefti ilə bağlı mövcud sanksiyaları ləğv etməyəcəyini, əksinə daha sərt tədbirlər hazırlayacağını bildirib. Zelenski isə "qürurun itirilməsi" və ya "əsas strateji tərəfdaşdan uzaqlaşma" riski ilə üz-üzədir.
 
Kreml sakit, amma razı görünür
Putin planın mətnini qəbul edib və "müzakirələrə hazır olduğunu" açıqlayıb. O bildirib ki, sənəd əvvəlki variantdan daha realdır və kompromislər tələb etsə də, "son həllin əsası ola bilər". Qərb mediası sənəddəki bəzi ifadələrin rus dilindən tərcümə kimi görünməsinə diqqət çəkir, bu isə planın "rus strukturunda yazıldığı" şübhəsini artırır.
 
Avropa risk altındadır
 
Hazır mövqe xəritəsi göstərir ki, ABŞ sülh prosesini idarə etmək və iqtisadi divident əldə etmək istəyir, Ukrayna təzyiq altındadır, Rusiya isə gözlədiyindən daha əlverişli sənəd alıb. Avropa həm geosiyasi, həm maliyyə, həm də təhlükəsizlik baxımından ən böyük risk daşıyan tərəfə çevrilib. "Sky News" bildirir ki, əgər Avropa indi öz strategiyasını yaratmasa, plan təkcə Ukraynanın deyil, bütün qitənin təhlükəsizliyini alt-üst edə bilər. “Ukrayna uduzsa, Avropa da uduzacaq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər