Pezeşkianın müavini:
94
15:55, Bu gün

Pezeşkianın müavini: "Prezidentin istefası ilə bağlı şayiələr həqiqətə uyğun deyil"

"İran Prezidenti Məsud Pezeşkianın istefası ilə bağlı şayiələr həqiqətə uyğun deyil".
 
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu prezidentin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah bildirib.
 
Qaempənah vurğulayıb ki, hazırkı hökumət misligörünməmiş problemlərlə üzləşsə də, İran xalqına xidmət etməkdən geri çəkilmək niyyətində deyil.
 
"Biz İranı sevirik və onun üçün çalışırıq. Tənqid və təzyiqlərə baxmayaraq, kənara çəkilməyəcəyik. İran bütün vətəndaşlarımıza məxsusdur və hökumət də bu məsuliyyətin yerinə yetirilməsi işinə sadiqdir", - deyə o, fikirlərini tamamlayıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər