57
15:38, Bu gün

"Trampın "sülh planı" siyasi təzyiq və şantajdır" - Qərb mətbuatı

 
"Bu plan Putinin diqtəsi ilə tərtib edilib və kapitulyasita sənədidir..."
 
ABŞ prezidenti Donald Trampın Rusiya ilə paralel hazırladığı 28 bəndlik "sülh planı" Qərbdə kəskin reaksiyaya səbəb olub. Plan Kiyevə əslində iki seçim buraxır: ya imzalamaq, ya da ABŞ-ın dəstəyini itirməklə müharibəni tək davam etdirmək.
 
Moderator.az xəbər verir ki, bu barədə Qərbin aparıcı mətbu orqanları yazıb.
 
Müzakirələrdən ultimatumlara
 
"The Telegraph" nəşti yazır ki, Tramp və Putin Zelenskidən qərarı cəmi bir neçə gün ərzində verməyi tələb edib. Vaşinqton xəbərdarlıq edib ki, plan rədd edilərsə, kəşfiyyat məlumatları və silah təchizatı dayandırıla bilər. Bu yanaşma Qərbdə "sülh təşəbbüsü" kimi yox, siyasi təzyiq və şantaj forması kimi dəyərləndirilib.
 
Planda Ukrayna üçün nə nəzərdə tutulur?
 
"Reuters"-in məlumatına görə, sənəd Ukraynadan aşağıdakılara razılıq tələb edir: Donetsk, Luqansk və Krım üzərində Rusiyanın nəzarətini tanımaq, Xerson və Zaporojyedə cəbhə xəttini dondurmaq, NATO üzvlüyündən birdəfəlik imtina, ordunu 600 min əsgərlə məhdudlaşdırmaq, Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi, Rusiyanım dondurulmuş aktivlərinin ABŞ və Rusiya tərəfindən idarə ediləcək investisiya fonduna yönləndirilməsi. "Sky News" yazır ki, tənqidçilər bu planı "Moskvanın siyasi diktəsi" kimi qiymətləndirir və xəbərdarlıq edirlər: "Bu model Ukraynada daxili xaos və yeni aqressiya dövrü yarada bilər".
 
Avropadan sərt etirazlar və alternativ axtarışları
 
Britaniya, Almaniya və Fransa bu planı qəbuledilməz hesab edir. "Reuters"-in yazdığına görə, Avropa bu sənədin nə məzmunundan, nə də hazırlanmasından xəbərdar olub. Avropa liderləri bildirir: "Ukraynanın taleyi Ukraynasız müəyyən edilə bilməz". "Rusiya heç bir güzəşt tələb etmək hüququna malik deyil". "Bu plan kapitulasiya sənədidir". Hətta Trampın yaxın siyasi müttəfiqlərindən olan Najel Faraj belə deyib: "Ordunun yarıya endirilməsi və ərazi güzəşti - bu, qəbul edilə bilməz". London, Berlin və Paris hazırda Ukrayna ilə birlikdə alternativ sülh formatı hazırlayır.
 
"Bizim üçün sülh təslim olmaq deyil"
Ukrayna prezidenti xalqa müraciətində bildirib: "Bu, müharibənin ən ağır günlərindən biridir. Biz sülh istəyirik, amma şərtlərlə yox, ədalətlə. Dəstəkdən imtina bizi çətin duruma sala bilər, amma ləyaqəti güzəştə getmək daha böyük faciədir". Hal-hazırda ssenari iki istiqamətdə inkişaf edir: Vaşinqton və Moskva sürətli razılaşmaya çalışır, Avropa və Kiyev isə bu modeli təhlükəli presedent hesab edir və qarşı plan hazırlayır. Bu vəziyyət artıq sadəcə diplomatik mübahisə deyil, Qərbin gələcək təhlükəsizlik arxitekturası uğrunda geosiyasi mübarizəyə çevrilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər