Təbriz-Bakı aviareysi ilə gələn vətəndaşlarda xeyli miqdarda psixotrop dərman vasitələri aşkar edilib
249
08:47, Bu gün

Təbriz-Bakı aviareysi ilə gələn vətəndaşlarda xeyli miqdarda psixotrop dərman vasitələri aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində tərkibində psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin təsvirləri müşahidə olunub.
 
Qanunvericiliyə uyğun olaraq, əl yüklərində aparılan gömrük yoxlaması zamanı 8 430 ədədinin tərkibində psixotrop və güclü təsir edən maddələr olan 77 qutu və 15 070 həbdən ibarət 33 adda dərman vasitələri aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər