Rektorun 82, prorektorun 84 yaşı var - FOTO
234
14:30, Bu gün

Rektorun 82, prorektorun 84 yaşı var - FOTO

Azərbaycanın ən stajlı rektorlarından biri də akademik Urxan Ələkbərovdur. 82 yaşlı alim 15 ilə yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rəhbərlik edir.
 
Akademik Urxan Ələkbərov 28 aprel 1943-cü ildə Bakı şəhərində anadan olub. İxtisasca bioloqdur. 40 yaşında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 1989-cu ildə, 46 yaşında isə həqiqi üzvü seçilib.
 
Urxan Ələkbərov 7 dekabr 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru vəzifəsində çalışır.
 
Fotoda: Urxan Ələkbərov
 
 
Dövlət İdarəçilik Akademiyasında 4 prorektor var. Tədris işləri üzrə prorektor vəzifəsini 84 yaşlı professor Əlikram Abdullayev tutur. Əlikram Abdullayev 29 mart 1941-ci ildə Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. Fəlsəfə elmləri doktoru, professor Zakir Abdullayev 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə prorektoru vəzifəsində çalışır.
 
Fotoda: Əlikram Abdullayev
 
 
DİA-da Ümumi işlər Üzrə Prorektor vəzifəsini Mirağa Seyidli tutur. Onun həyat və yaradıcılığı haqqında internet resurslarında heç bir məlumat yoxdur.
 
Elmi və beynəlxalq əlaqələr üzrə prorektor riyaziyyat elmləri doktoru, professor Elvin Əzizbəyovdur. Elvin Əzizbəyov Rəqəmsal dövlət idarəçiliyi, Süni intellect, Web texnoligiyalar, C++ proqramlaşdırma, Riyazi analiz, Xətti cəbr və s. fənləri tədris edir.
 
Təsərrüfat İşləri Üzrə Prorektor isə Mübariz Şərifovdur. Onunla bağlı da internet resurslarında məhdud məlumat var.
 
DİA rektorunun bir müşaviri var. Bu postu 38 yaşlı Zaur Məmmədov tutur. O, Siyasət nəzəriyyəsi, politologiya, demokratiya və vətəndaş cəmiyyəti, parlamentarizm: tarix və müasirlik, siyasi institutlar, milli təhlükəsizlik, konfliktologiya, siyasi konsaltinq kimi fənləri tədris edir.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli Fərmanı əsasında Bakı Sosial İdarəetmə və Siyasi Elmlər İnstitutu əsasında qurulub. Akademiya fəaliyyətə 1 sentyabr 1999-cu ildə başlayıb. /Metbuat.az/
Link kopyalandı!
Son xəbərlər