Bərdədə istehlaka yararsız at ətinin satışının qarşısı alındı - FOTO
115
14:10, Bu gün

Bərdədə istehlaka yararsız at ətinin satışının qarşısı alındı - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
 
Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99-CJ-158 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Natiq Vaqif oğlu Hüseynov tərəfindən mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib.
 
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
 
Araşdırmalar davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər