Hilton Baku Hotelində GLC FAIR 2025 - Beynəlxalq Təhsil Sərgisi baş tutacaq - FOTO
130
13:30, Bu gün

Hilton Baku Hotelində GLC FAIR 2025 - Beynəlxalq Təhsil Sərgisi baş tutacaq - FOTO

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilati dəstəyi ilə Hilton Baku Hotelində GLC FAIR 2025 - Beynəlxalq Təhsil Sərgisi baş tutacaq.
 
Moderator.az xəbər verir ki, tədbir 23 noyabr, saat 12:00–17:00 aralığında ziyarətçilər üçün açıq olacaq və giriş tamamilə pulsuzdur.
 
GLC FAIR, Azərbaycan gənclərinə dünyanın aparıcı təhsil mərkəzlərinə birbaşa çıxış imkanı təqdim edir. Sərgidə Böyük Britaniya, Almaniya, Fransa, Macarıstan, Polşa, Türkiyə, Litva, Malta, Kipr, ABŞ, Kanada, Çin, Misir, Fransa, Özbəkistan, Azərbaycan və digər ölkələrdən universitet və qurumlar iştirak edəcək. Sərgi çərçivəsində universitet nümayəndələri təhsil sistemləri, ixtisas istiqamətləri, qəbul tələbləri, təqaüd proqramları, yaşayış şəraiti və viza prosedurları barədə ətraflı məlumat verəcəklər. Bu il sərgidə universitetlər bakalavr, magistr və doktorantura səviyyələri üzrə yenilənmiş tədris proqramlarını, eləcə də tələbələr üçün nəzərdə tutulmuş xüsusi təqaüd paketlərini təqdim edəcəklər.
 
Sərgiyə qatılanlar:
 
✔ Universitet nümayəndələri ilə birbaşa ünsiyyət quracaq
 
✔ Təqaüd tələbləri haqqında peşəkar məsləhətlər alacaq
 
✔ 2025–2026-cı tədris ili üçün ən sərfəli təhsil imkanları ilə tanış olacaq
 
✔ Xaricdə təhsilə hazırlıq yolunda individual mentor dəstəyi əldə edəcək
 
Xaricdə təhsil almağı planlaşdıran gənclər üçün geniş seçim imkanı təqdim edən GLC FAIR, bu il də ölkəmizdə informativ beynəlxalq təhsil platforması kimi fəaliyyət göstərəcək. Sərgi hər bir tələbəni öz təhsil yolunu düzgün planlaşdırmağa və dünya universitetləri ilə bir addım daha yaxınlaşdırmağa dəvət edir.
 
Qeydiyyat linki //shorturl.at/SfHV5
Link kopyalandı!
Son xəbərlər